Yeni Azərbaycan ədəbiyyatı (XIX əsr - XX əsrin əvvəlləri)
Yeni Azərbaycan ədəbiyyatı (XIX əsr - XX əsrin əvvəlləri)
3 İŞ GÜNÜ
İÇİNDE KARGOYA TESLİM
XIX əsr və XX əsrin əvvəlləri Azərbaycan ictimai fikir tarixində çox zəngin lakin eyni zamanda mürəkkəb və ziddiyyətli dövrü əhatə edir. Bu dövr Azərbaycan mədəniyyətində ideya-estetik nailiyyətlərinə görə seçilən bir mərhələ olub Azərbaycan ədəbiyyatının inkişafında da təsiredici rol oynamışdır. Bu baxımdan dövrün ədəbi xarakteristikasının verilməsi və Azərbaycan ədəbiyyatının inkişafında rolu olan şair və yazarların araşdırılması əsərlərinin ideya-məzmun xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir və müasir ədəbiyyatşünaslığın qarşısında duran mühüm vəzifələrdəndir.
Bütün bunları nəzərə alaraq ―Yeni dövr Azərbaycan ədəbiyyatı‖ (XIX əsr və XX əsrin əvvəlləri)‖ adlı dərs vəsaitinin hazırlanması və ictimaiyyətə təqdim olunması da günün vacib məsələsi kimi diqqəti cəlb etmiş və belə bir kitabın ortaya çıxmasına səbəb olmuşdur. Dərs vəsaiti Türkiyədəki universitetlərin Çağdaş türk ləhçələri və ədəbiyyatları bölümlərinin Oğuz qrupu türk dilləri şöbəsi və bunların nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı şöbəsinin eləcə də Azərbaycandakı ali təhsil ocaqlarının filoloji fakültələrində təhsil alan tələbələr üçün hazırlanmışdır. Vəsait hazırlanarkən dilinin sadə və anlaşıqlı olmasına diqqət yetirilmiş təlim sahəsində Azərbaycan Türkiyə Rusiya və Avropa təcrübəsindən yararlanılmış ümumiyyətlə dünya təcrübəsində tətbiq olunan yeni texnologiyalardan müasir üsul və vasitələrdən istifadə edilərək XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda yaşayıb yaradan şair və yazarların həyat və yaradıcılığı sxem klaster və tablolar vasitəsilə öyrədilməyə çalışılmışdır. Dərs vəsaitində XIX əsr və XX əsrin əvvəllərində baş verən ədəbi hərəkatların qısa icmalı şair və yazarların yaradıcılığı haqqında yığcam məlumata yer verilmiş bundan başqa tədrisin keyfiyyətinin yüksəldilməsi və mövzuların yaxşı mənimsənilməsi üçün bəzi əsərlərin məzmunu əlavə material bölməsində yer almışdır. Kitabda Azərbaycan ədəbi fikrinə orijinal müstəqil və tamam fərqli mövqedən yanaşılmış Azərbaycan ədəbiyyatı tarixindəki əsas diqqətçəkici məqamlar tələbələrin yaddaşından silinməyəcək şəkildə izah edilmişdir.
Dərs vəsaitinin hazırlanmasında Azərbaycandakı orta və ali məktəblər üçün tərtib olunmuş dərsliklərdən elmi-metodiki vəsaitlərdən istifadə olunmuşdur. Etibarlı qaynaqlara istinadən hazırlanan dərs vəsaitinin Azərbaycan ədəbiyyatı ilə maraqlanan hər kəsin sevərək oxuyacağı bir kitab olacağı qənaətindəyik. Ümid edirik ki qardaş ölkə olan Türkiyədə belə tərtibata sahib bir kitabın nəşri bu sahədəki boşluğu aradan qaldıracaqdır.
ÜRÜN ÖZELLİKLERİ
  • Basım Yılı:
  • Sayfa Sayısı:246
  • Kağıt Türü:Kitap Kağıdı
  • Ebat:16 x 24
  • Dil:Türkçe
  • Cilt Durumu:Karton Kapak
  • ISBN-13:9786056642050
ÜRÜN KATEGORİLERİ
YORUM YAPIN
Yorum Başlığı:
Yorumunuz*:
Bu ürünle ilgili bize iletmek istediğiniz her hangi bir hata mevcut ise aşağıdaki formdan gönderebilirsiniz.
Bildirdiğiniz hata tarafımızdan düzeltilince e-posta ile bilgilendirileceksiniz.
Hata Detayı:
Alış-verişlerinizde kredi kartı haricinde banka havalesi, posta çeki havalesi ya da kapıda ödeme seçenekleriyle ödeme yapabilirsiniz.
Ayrıntılı bilgi için Yardım sayfasına bakabilirsiniz.
Taksit anlaşmamız bulunan kredi kartları
Hesabım  |   Favori Listem  |   Sipariş Takibi  |   Yardım  |   Bize Ulaşın  |        
Alemdar Mahallesi, Biçkiyurdu Sokak, No: 1/2 / Fatih / İstanbul / Türkiye   Telefon : 0 (212) 522 31 52   Faks : 0 (212) 522 31 54  
E-Posta : destek@kitapstore.com
© 2024 KitapStore.com Tüm Hakları Saklıdır